Hazırda dünyanın bir çox ölkəsi vətəndaş müharibələri ilə üzləşmək riski altındadır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.
Belə ki, milyarder britaniyalı yazıçı Konstantin Kissinin paylaşımlarından birinə münasibət bildirib. Orada o, “NBC News” müxbirini tənqid edib. Jurnalist xüsusən də sahibkarın Böyük Britaniyadakı iğtişaşlar səbəbindən vətəndaş müharibəsi ehtimalının yüksək olması ilə bağlı sözlərinə diqqət çəkib.
“Bəli, mən qətiyyən vətəndaş müharibəsi istəmirəm, lakin kimlik siyasəti milli qürurdan yuxarı qaldırıldıqda, indi bir çox hökumətlər kimi, bu qaçılmaz olur”, – deyə iş adamı bildirib.