İlon Mask depressiyadan əziyyət çəkdiyini etiraf edibbackend

İlon Mask depressiyadan əziyyət çəkdiyini etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SpaceX və Tesla-nın baş direktoru, “X” (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Mask etiraf edib ki, bəzən depressiyadan əziyyət çəkir və hər iki həftədən bir dərman – ketamin qəbul edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mask CNN-in keçmiş aparıcısı Don Lemona müsahibəsində qeyd edib.

Milyarderin sözlərinə görə, bəzən onun başında bir növ mənfi kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır. O, aydınlaşdırıb ki, bu vəziyyət heç bir neqativ xəbərlə bağlı deyil.

O əlavə edib ki, bu halla mübarizə aparmaq üçün ona dərman vasitələri kömək olur: “Çünki adətən gündə 16 saat işləyirəm”. 

Telekanal  qeyd edir ki, iş adamı depressiyasını anadangəlmə hesab edir və dərmanlardan istifadəsinin onun şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa formada təsir edəcəyini düşünmür.