Amerikalı milyarder və sahibkar ABŞ prezidentliyinə namizəd Kamala Harrisi kommunist adlandırıb, çünki o, müntəzəm olaraq sərvətlərin ədalətli bölüşdürülməsinə çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Kamala sözün əsl mənasında kommunistdir. O, təkcə bərabər imkanlar deyil, həm də bərabər mövcudluq şərtləri istəyir”, – deyə İlon Mask qeyd edib.
Belə ki, o, mütəmadi olaraq “ədalətli bölgü” və “bərabərlik” ifadələrindən istifadə edərək, dövlət başçısı vəzifəsinə namizədi göstərən yazıya cavab verib. İlon Maskın fikrincə, bu, Harrisin kommunist baxışlarını göstərir.