İlon Mask Twitter-i satın ala bilərbackend

İlon Mask Twitter-i satın ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tviter sosial şəbəkəsinin və amerikalı iş adamı İlon Maskın nümayəndələri bu ayın sonunadək sosial şəbəkənin satın alınması ilə bağlı saziş imzalaya bilərlər.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, hər iki tərəfdən hüquqşünaslar “Twitter”in səhmlərinin satışı üçün məhkəmə tərəfindən təyin olunmuş son tarix olan oktyabrın 28-dək sənədləri imzalaya bilər.

Xatırladaq ki, İ.Mask bu ilin aprelində tviter sosial şəbəkəsini 44 milyard dollara satın almağa hazır olduğunu bildirmişdi. Bir neçə ay sonra isə o, təklifini geri çəkmişdi.

İ.Mask “Twitter”i alacağı təqdirdə şirkətin əməkdaşlarının 75 faizini ixtisar etməyi planlaşdırdığını bildirib.