İlon Mask yenidən dünyanın ən varlı adamı olubbackend

İlon Mask yenidən dünyanın ən varlı adamı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tesla və “X” (keçmiş Twitter) banisi İlon Mask yenidən planetin ən varlı adamı olub.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin “Hurun” biznes nəşrinin dərc etdiyi reytinq sübut edir.

Nəşrin məlumatına görə, 2023-cü ildə Maskın sərvəti 47% artaraq 235 milyard dollara çatıb.

Qlobal reytinqdə ikinci yerdə 187 milyard dollar kapitalla Amazon yaradıcısı Ceff Bezos qərarlaşıb. Üçüncü yerdə sərvəti 177 milyard dollar dəyərində qiymətləndirilən Louis Vuitton Moet Hennessy holdinqinin sahibi fransız iş adamı Bernard Arnault qərarlaşıb.

“Hurun”un hesablamalarına görə, dünyada 3279 dollar milyarder var. İl ərzində onların sayı 167 nəfər artıb. Ən çox zəngin insan Çində (814), ABŞ-da (800) və Hindistanda (271) yaşayır.