İlon Mask yenidən “dünyanın ən zənginləri” siyahısında birinci yerdədirbackend

İlon Mask yenidən “dünyanın ən zənginləri” siyahısında birinci yerdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “LVMH” lüks mallar qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq, yenidən “dünyanın ən varlı adamı” adını qazanıb.

NOCOMMENT.az xəbər verir ki, “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısına əsasən, Maskın sərvəti yerli vaxtla günorta saatlarında 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb.

Qiymətləndirmədə artım Tesla səhmlərinin 2,5 faizdən çox artması ilə əlaqədar olub.

“Louis Vuitton”, “Christian Dior” və “Tiffany” şirkətlərinin sahibi olan lüks mallar nəhəngi “LVMH”nin sədri Arnaultun sərvəti 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.

Beləliklə, Mask Arnonu geridə qoyub və dünyanın ən varlı adamları siyahısında birinci yeri tutub.

NOCOMMENT.AZ