İlon Maskın beyin çipi insan təcrübəsi üçün təsdiq aldıbackend

İlon Maskın beyin çipi insan təcrübəsi üçün təsdiq aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mask ümid edir ki, beyin çipindən piylənmədən autizmə, depressiyadan şizofreniyaya qədər bir çox xəstəliyin müalicəsində istifadə oluna bilər.

NOCOMMENT xəbər verir ki, İlon Maskın beyin implantı şirkəti Neuralink, ABŞ Qida və Dərman İdarəsindən beyin çipinin insan üzərində ilk klinik sınaqlarına başlamaq üçün icazə aldığını açıqladı. Neuralink sosial mediasında paylaşılan açıqlamada, bir gün inkişaf etdirdikləri texnologiyanın bir çox insana kömək etməsini təmin edəcək təsdiqin əhəmiyyətli bir addım olduğu vurğulanıb.

Açıqlamada, klinik sınaqlar üçün satınalmaların hələ başlamadığını, lakin ən qısa zamanda daha çox məlumat açıqlayacaqlarını izah etdilər.