“SpaceX” və “Tesla Motors”un qurucusu İlon Maskın beyin çipi təşəbbüsü olan “Neuralink” ilk insan sınaqları üçün xəstələri işə götürməyə başlamaq üçün müstəqil araşdırma şurasından icazə aldığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, “Neuralink” tərəfindən edilən açıqlamada, “Neuralink”in müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirmək üçün xəstələr axtardığı bildirilib.
İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək. “Neuralink” təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.