İlon Maskın raketi bu dəfə də partladı – VİDEObackend

İlon Maskın raketi bu dəfə də partladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı adamı İlon Maska məxsus “SpaceX” şirkəti Marsdakı missiyalar üçün nəzərdə tutulmuş “Starship” kosmik gəmisinin prototipini şaquli vəziyyətdə yerə endirməyi bacarıb, lakin enmədən bir neçə dəqiqə sonra raket partlayıb.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, “Starship SN10” adlanan prototip Boka Çikada kosmodromundan hərəkətə başlayıb. Gəmi bir neçə dəqiqəyə nəzərdə tutulmuş 10 km yüksəkliyə qalxıb, daha sonra qalxdığı kosmodromunun yaxınlığındakı meydançaya eniş edib. Gəmidə enmə zamanı başlayan yanğın üzündən sonradan partlayış olub.

Xatırladaq ki, daha əvvəlki iki analoji sınaqlar zamanı da prototiplər partlamışdılar, amma enməyə qədər. Ona görə də, bu sınağı qismən uğurlu hesab etmək olar…