“AZ.TUNEL.AS” MMC-nin külli miqdarda dövlətə borcu üzə çıxıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şirkərin hazırda 862.615,05 AZN-lik vergi borcu var.
Əldə etdiyimiz digər məlumata görə, Operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlama zamanı, idxal olunmuş malların saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məsələsi üzrə tətbiq olunan Akt əsasında şirkətə 1,396.18 AZN məbləğində maliyyə sanksiyası qoyulub.
Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin qanuni təmsilçisi İlqar Bayramov Saleh oğludur. Şirkətin hüquqi ünvanı isə AZ2100, Gədəbəy rayonu, Maarif kəndidir.
Ayaz