İlqar Məmmədov mitinqə görə Əli Kərimlini İTTİHAM ETDİbackend

İlqar Məmmədov mitinqə görə Əli Kərimlini İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: bazarertəsi – oktyabrın 24-də Milli Məclisdə “Partiyalar haqqında” qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən sizə kim ötürüb? Özü də həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

O, AXCP sədri Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə “Partiyalar haqqında” qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:

“Təcili olaraq bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL-ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür”.