İmamoğlu həbsdən ilk mesajını göndərdi – “Baş əyməyəcəyəm”backend

İmamoğlu həbsdən ilk mesajını göndərdi – “Baş əyməyəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində çıxarılan həbs qərarından sonra sosial media hesabında paylaşım edib.

NOCOMMENT.az SAVASHMEDİA.az-a istinadən həmin paylaşımı təqdim edir:

“Qorxunun əcələ faydası yoxdur. İstənilən halda uduzacaqsınız. Haqlılığımıza, mərdliyimizə, təvazökarlığımıza, gülər üzümüzə məğlub olacaqsınız! 

Kədərlənməyin, ümidinizi itirməyin. Əl-ələ verib demokratiyamıza vurulan bu zərbənin, qara ləkənin kökünü kəsəcəyik. Prosesi idarə edən insanların həm dünyada, həm də axirətdə hesab verəcəyi gün yaxındır.

“Sizi seçki qutusuna getməyə, demokratiya və ədalət uğrunda mübarizəmizi bütün dünyaya elan etməyə dəvət edirəm. Mən dimdik ayaqdayam, heç vaxt baş əyməyəcəyəm. Hər şey çox gözəl olacaq”.