İmişlidə avtomobil piyadanı vuraraq öldürübbackend

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəmmədli kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.