İmişli rayonunun Xəlfəli bələdiyyəsinin mülkiyyətində olan 1,3 ha, 2 ha, 8 ha və 12 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə iyunun 25-də keçiriləcək hərrac dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, bu qərar İmişli Regional Ədliyyə İdarəsinin məktubuna əsasən qəbul olunub.