İmişlidə çıxarışı olmayan evlərə təbii qaz verilmir – VİDEObackend

İmişlidə çıxarışı olmayan evlərə təbii qaz verilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evlərin çıxarışı olmadığına görə qaz sayğacları quraşdırılımır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, İmişlinin Kürdmahmudlu kəndi təbii qazla təmin olunsa da, həmin yaşayış məntəqəsinin bir hissəsi bu yanacaqdan isitfadə edə bilmir.

Burada mənzillərin girişinə qədər qaz xətləri çəkilib, lakin bir çoxu qazla təmin edilməyib.

Sakinlər deyirlər ki, bunun səbəbi onlara məxsus mənzillərin çıxarışının olmamasıdır.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Qədim Əhmədov “Xəzər Xəbər”ə bildirdi ki, 1996-cı ildə torpaq islahatı zaman bəzin sakinlərin torpaq sahələri təsərrüfat başına uçot kitabında 12 sot əvəzinə 20 sot kimi adlarına qeyd edilib. Lakin əlavə həyətyanı kimi istifadə etdikləri torpaq sahələri onların mülkiyyətində olmayıb. Həmin torpaq sahələrində sonradan evlər tikilib və ora bələdiyyə torpağıdır. Bələdiyyə torpağının sənədləşdirilməsi alqı-satqı qaydasında aparılmalı və vətəndaşın mülkiyyətinə çıxarış verilməlidir. Ondan sonra qaz və işıq sistemləri çəkilə bilər. Bu barədə vətəndaşlarla ətraflı söhbət aparılıb, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında mövcud qanunvericiliyin tələbləri onlara izah olunub. Qeyd edilən məsələ ilə bağlı da sakinlər kənd bələdiyyəsinə heç bir rəsmi müraciət etməyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.