İmişlidə hamilə qalan azyaşlıdan xəbər varbackend

İmişlidə hamilə qalan azyaşlıdan xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə hamilə qalan 11 yaşlı qız və Şamaxıdan gətirilən azyaşlıların vəziyyəti açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, hazırda azyaşlılar sosial xidmət mərkəzindədirlər: “Uşaqların adaptasiyası üzrə iş aparılır. 11 yaşlı qız məktəbə gedir. Uşaqlara müəssisədə bütün sosial xidmətlər göstəriləcək. Reabilitasiya üçün hər cür dəstək göstərilir. Gələcəkdə biz qiymətləndirmələr aparacağıq ki, ailələrdə belə halların qarşısını alaq”.