İmişlidə itkin düşən azyaşlı tapılıbbackend

İmişlidə itkin düşən azyaşlı tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, aprelin 26-sı axşam saatlarında rayon sakini Y.Rəhimov İmişli Rayon Polis Şöbəsinə (RPŞ) övladının itməsi barədə məlumat verib.

RPŞ-nin və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və o, tam sağlam olaraq ailəsinə təhvil verilib.