İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir – FOTObackend

İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hazırda axtarışlar Cənub Muğan kanalında, Biləsuvar rayonu ərazisində aparılır.

Cənub Muğan kanalı qurudulub, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları – dalğıc-axtarış qrupu hazırda Araz çayından ayrılan qolun, həmin istiqamətdə körpünün altında sularda axtarış tədbirləri aparırlar.