İmmiqrantlar 2 gündür suyun ortasında xilas edilməyi gözləyirbackend

İmmiqrantlar 2 gündür suyun ortasında xilas edilməyi gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrikadan Avropaya keçmək üçün Aralıq dənizinə çıxan və “təcili yardım” çağırışı edən 95 nizamsız immiqrant 30 saatdan artıqdır xilas edilməyi gözləyir.

NOCOMMENT.az TRT Azərbaycana istinadla bildirir ki, Aralıq dənizindəki köç hərəkətliliyi və immiqrantlardan gələn yardım çağırışlarını “twitter”dən çatdıran “Alarm Phone” hesabı 30 saatdan çoxdur 95 immiqrant daşıyan gəminin “təcili qurtarma” çağırışı etdiklərini xatırladaraq bildirib: “Bir ticarət gəmisi hər hansı kömək etmədən vəziyyəti uzaqdan izləyir. İnsanlar daha nə qədər acı çəkəcək və boğulma riski altında qalacaq? Onlar daha nə qədər həyatda qala bilərlər?”

Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Köç Təşkilatının (İOM) İtaliya üzrə sözçüsü Flavio de Cakomo (Flavio de Giacomo) “twitter” hesabından “Alarm Phone”un çağırışını paylaşaraq yazıb: “İmmiqrantlar dənizdə qurtarılmaqlarını gözləyirlər. Dərhal xilasetmə əməliyyatı təşkil edilməli, onlar təcili qurtarılmalıdır.”

Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında olan bölgəsi son illər Afrikadan Avropaya keçiddə ən çox istifadə edilən nizamsız köç yoluna çevrilib.