İmmiqrantlar ABŞ sərhədinə axın etdibackend

İmmiqrantlar ABŞ sərhədinə axın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika sərhədindən ABŞ-yə daxil olmaq istəyən immiqrantların uşaqları və heyvanlarını sərhədi ayıran çayın üzərindən qarşıyan keçənlərə atdıqları görülüb.

NOCOMMENT.az xəbər verir ki, əksəriyyəti Venesuelalı olan ən azı 1000 immiqrant ABŞ sərhədinə axın edib.

“The New York Post” (NYP) bu şəxslərin sosial mediada yayılan saxta xəbərlərə inanaraq sərhədə getdiyini yazıb.

Qeyd edək ki, “Twitter” və “Facebook”da paylaşılan xəbərlərdə ABŞ Sərhəd Mühafizəsinə təslim olan immiqrantlara sığınacaq axtaran statusunun verilməsinə qərar verildiyi iddia edilib.

Lakin ABŞ Gömrük və Sərhəd Mühafizəsi (USBP) rəsmiləri xəbərin doğru olmadığını və ölkəyə qanunsuz daxil olanların Meksikaya geri göndəriləcəyini bildirib.

NOCOMMENT.AZ