İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıbbackend

İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya prezidenti Yun Sok Yolun maaşı planlı indeksasiyaya uyğun olaraq artırılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilib ki, prezidentin illik maaşı 3 % artırılaraq 262,2 milyon vona (179 min dollar) çatdırılıb.

Qeyd edək ki, Koreya prezidenti Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edib, buna görə də dekabrın 14-də parlament ona qarşı impiçment elan edib. Konstitusiya Məhkəməsi prezidenti vəzifəsinə bərpa etmək və ya onu hakimiyyətdən tamamilə kənarlaşdırmaq üçün altı ay ərzində qərar verməlidir.