İmran Xan məhkəməyə gülləkeçirməz qalxanlarla gətirildibackend

İmran Xan məhkəməyə gülləkeçirməz qalxanlarla gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş baş naziri İmran Xan gülləkeçirməz qalxanlarla əhatə olunmuş şəkildə məhkəməyə gətirilib.

NOCOMMENT.az xəbər verir ki, İslamabad Ali Məhkəməsinin Xana mayın 3-nə qədər 100 min Pakistan rupisi (təxminən 6 min manat) müvəqqəti girov qərarı verdiyi açıqlanıb.

Qərardan əlavə, keçmiş baş nazirin hər məhkəmədə iştirak etməli olduğu bildirilib.

Daha əvvəl də silahlı hücuma məruz qalan Xan məhkəməyə gedərkən sıx təhlükəsizlik tədbirləri görülüb.

Təhlükəsizlik qüvvələri tərəfindən gülləkeçirməz qalxanlarla əhatə olunmuş Xan yüzlərlə tərəfdarı tərəfindən müşayiət olunub.

NOCOMMENT.AZ