İmran Xan tərəfdarları ilə polis arasında toqquşma: 8 nəfər yaralanıbbackend

İmran Xan tərəfdarları ilə polis arasında toqquşma: 8 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Pakistanın keçmiş baş naziri və Pakistan Ədalət Hərəkatı (PTI) Partiyasının sədri İmran Xanın həbsi üçün iki order verildikdən sonra Xanın tərəfdarları küçələrə axışıb.

NOCOMMENT.az xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xanı həbs etmək üçün evinə gələn Xanın tərəfdarları ilə polis arasında baş verən qarşıdurmada 8 polis yaralanıb.

Polis onlara daş atan qəzəbli kütləni dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı çoxlu nümayişçi saxlanılıb.

NOCOMMENT.AZ