Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı adam öldürməyə cəhd ittihamı ləğv edilə bilər.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ali instansiya məhkəməsi qərar qəbul edib.
Həmçinin, bu gün məhkəmə Xanın dələduzluq ittihamı ilə çıxarılmış hökmünün də ləğvi ilə bağlı müraciətə baxacaq.
Xatırladaq ki, İmran Xan iyun ayında vəkil Rəzzək Şarı öldürməyə cəhddə ittiham olunub. Ümumilikdə, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb.