“İmtahandan keçən sürücülərə 7 illik sertifikat veriləcək və…” – Taksilərlə bağlı suallara CAVAB tapacağıq?backend

“İmtahandan keçən sürücülərə 7 illik sertifikat veriləcək və…” – Taksilərlə bağlı suallara CAVAB tapacağıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahana qeydiyyatı başa çatır.

İyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçiriləcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub. İmtahanda iştirak etmək istəyən həmin sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.

Qeyd edilir ki, 20 avqust saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib. İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.

Taksi fəaliyyəti üçün yenilik olan imtahan şərtləri əlbəttə ki, ilk dəfəsində qəribə görünə bilər.

Bəs, sürücülər sözügedən imtahanda iştirak etməyə maraqlıdırlarmı? İmtahandan keçən süürcülülər sərnişinlərə hansı keyfiyyətli xidmət təqdim edə biləcəklər?

Qarşıda çoxsaylı suallar var.

NOCOMMENT.az xəbər verir ki, Referans.az-a nəqliyyat məsələləri üzrə eskpert Rizvan Fikrətoğlu danışıb. Ekspert bildirib ki, sürücülərin əksəriyyəti imtahan verməkdə maraqlı olmayacaqlar:

“Çünki imtahan deyəndə ağlımıza dəhşətlər gəlir. Sərnişinlər isə sürücülərin imtahan edilməsinin tərəfdarıdır, yəni bu qarşı tərəfə sərf edən məsələlərdəndir. Düşünürəm ki, sözügedən imtahan taksi fəaliyyətindəki vəziyyəti sahmana salacaq. İmtahanı sifarişli əsaslarla Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir, ödənişlidir”.

Ekspert bildirir ki, sürücülük imtahanından keçən şəxslərə 7 illik sertifikat verilir. Bu müddət ərzində verilən sertifikat qüvvədə qalacaq: Birinci mərhələdə 1800- ə yaxın sürücünün məlumatları təqdim olunub. İmtahanda 20 sual veriləcək. Sualın biri 1 baldır. Ən azı 10 suala düzgün cavab vermiş, yəni 10 bal toplamış sürücü artıq sözügedən sertifikata layiq görülür. Bundan əlavə, imtahandan çəkinən və çətinlik yaşayan sürücülər imtahandan qabaq 5 günlük təlimə qatıla bilərlər. Təlimləri AYNA həyata keçirir. Həmin təlimdə iştirak etmək istəyən sürücü Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməlidir. Bu təlimlərdə iştirak etmək də ödənişlidir, yəni sürücü buna görə pul ödəməlidir”.

Sürücülərə verilən sualların əhatəsinə taksi fəaliyyətinə tətbiq edilən texnologiyalar, proqram təlimatları və bundan istifadə, sürücünün istirahət və iş rejiminin normalarına riaiət olunması, sərninişinlərin təhlükəsizliyin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi, sürücü etik davranış qaydası, sərnişinlərə müraciət və münasibət və s. daxildir.