İnanılmaz cərrahiyyə əməliyyatları keçirən saxta həkim kimdir?backend

İnanılmaz cərrahiyyə əməliyyatları keçirən saxta həkim kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

John Brinkley yalançı tibb dərəcəsi almaqla xərçəngin müalicəsini tapdığını və keçi testislərini insanlara köçürərək impotensiyanı sağaltdığını iddia etdi. Məhkəmə rəsmi olaraq onun şarlatan olduğuna qərar verdi, lakin o, ictimaiyyət tərəfindən sevildi və dəstəkləndi.

NOCOMMENT araşdırmanı təqdim edir.

1885-ci il iyulun 8-də Texasda doğulan Con R.Brinkli həkim olmasa da, çılğın tibbi üsulları ilə tarixə düşməyi bacarıb. O vaxtlar saxta diplomlar əldə etmək çox asan idi və insanlar diplomun etibarlılığına şübhə etmirdilər. Brinkli bundan istifadə edərək saxta doktorluq dərəcəsi alıb və müxtəlif cərrahi əməliyyatlar həyata keçirməyə başlayıb.

Con Brinkli “xərçəngi sağaltmaqla” qeyri-mümkünə nail olduğunu iddia etməklə, demək olar ki, “Tanrı” rolunu da üzərinə götürməklə yanaşı, keçi testislərinin bədənə köçürülməsini nəzərdə tutan cərrahi üsulla kişi impotensiyasını müalicə edə biləcəyini də iddia etdi.

O, bir fermerdə əməliyyat keçirdi və fermerin və həyat yoldaşının Billi adlı oğlu dünyaya gəldi. Bunun necə baş verdiyi ilə bağlı bu günə qədər heç bir araşdırma aparılmayıb. Lakin bu əməliyyat Brinkliyə tərif və şöhrət gətirdi və o, bundan sonra xəstəxana da açdı.

Brinklinin qəribə uğuru şöhrət qazandıqca, biznesi böyüməyə davam etdi. O, radioda insanlara dərman yazmağa başladı və hətta insanların özünü sağaltması haqqında ümidverici çıxışlar etdi. Bu arada, müxtəlif universitetlərin tibb fakültələri Brinklinin inanılmaz təcrübələrinə etiraz etdilər və jurnalistlər narazı xəstələrin təcrübələrini dərc etməyə başladılar.

1930-cu ilin sentyabrında şura Brinklinin Kanzas tibbi lisenziyasını “ağır əxlaqsızlıq” və “qeyri-peşəkar davranış” üçün ləğv etdi. Onun radio vəsiqəsi də əlindən alındı. Lakin Brinkley xəstəxanasının digər əməkdaşları keçi testisləri ilə bağlı əməliyyatları davam etdirdilər. Ona inananların çoxu cərrahiyyə ilə maraqlanmağa başladı.

Nəhayət; Brinkli heç nəyə əhəmiyyət vermədi və Texasa getdi. Burada lisenziyası qüvvədə idi, əməliyyatları davam etdirdi, radio verilişləri etdi. Ancaq taleyi üzünə gülmədi.

Həkim Morris Fishbein tərəfindən gətirilən məhkəmə onu “günahsız insanların zəifliyindən istifadə edərək pul qazanmaqda” günahlandırdı. O, 3 milyon dollar təzminat ödədi və müflis oldu.

O, 26 may 1942-ci ildə vəfat etdi, iyirmi ildən çox sərvət toplamasına baxmayaraq, heç vaxt hərəkətlərinə görə qanuni olaraq məsuliyyət daşımadı.