İndiyə qədər inkişaf etdirdiyimiz ən güclü raketi sınaqdan keçirdikbackend

İndiyə qədər inkişaf etdirdiyimiz ən güclü raketi sınaqdan keçirdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya bərk yanacaqla işləyən qitələrarası ballistik raketi ilk dəfə uğurla sınaqdan keçirdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Pxenyan administrasiyası raketi “indiyə qədər inkişaf etdirilən ən güclü raket” adlandırır.

Bərk yanacaqla işləyən raketlər maye yanacaqla işləyən raketlərdən daha təhlükəli hesab olunur. Çünki bu raketlər çox qısa müddətdə buraxıla bilər. Onların saxlanması və daşınması da daha asandır.

Şimali Koreya son sınaqdan keçirdiyi raketin nüvə hücumları həyata keçirə bilmək üçün mühüm addım olduğunu açıqlayıb. Raket sınağının fotoları cümə günü dövlət mediasında yayılıb. Ölkənin rəsmi xəbər agentliyi KCNA, “Hwasongpho-18” raketi ilə “Şimali Koreyanın strateji çəkindirmə qabiliyyətinin gücləndiriləcəyini” qeyd edib.