İndoneziya prezidenti Coko Vidodo ASEAN-a sədrlik vəzifəsini Laosa təhvil verdiyini açıqlayıb. 44-cü ASEAN sammiti 2024-cü ildə Laosda keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, İndoneziya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) müddətli sədrliyini Laosa təhvil verib.
İndoneziya prezidenti Coko Vidodo paytaxt Cakartada keçirilən 43-cü ASEAN Sammitinin bağlanışında çıxış edib. Vidodo çıxışda ASEAN-a sədrliyi Laos Xalq Demokratik Respublikasının Baş naziri Sonexay Sipandoneyə təhvil verdiyini açıqlayıb. Bu çərçivədə 2024-cü ildə Laosda 44-cü ASEAN sammitinin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Bu il sentyabrın 4-7-də İndoneziyanın paytaxtı Cakartada 43-cü ASEAN Sammiti keçirilib.
ASEAN-ın 10 üzvü var, onların təsisçiləri Tayland, Malayziya, Sinqapur, İndoneziya və Filippin, həmçinin Bruney, Vyetnam, Laos, Kamboca və Myanmadır.
Papua Yeni Qvineya və Şərqi Timor da təşkilata tamhüquqlu üzvlük prosesindədir.
Qeyd edək ki, Qurucu üzv olmasına baxmayaraq, Myanmaya 2026-cı ildə ASEAN-a sədrlik etməyə icazə verilməyib. Diplomatlar Myanmaya müddətli prezidentliyə icazə verilməyəcəyini bildirərək, bu vəziyyətin Myanmada baş verən daxili qarışıqlıq və qərb ölkələrinin ölkədəki xunta administrasiyasını tanımaqdan imtina etməsi ilə bağlı olduğunu bildiriblər.