İndoneziya Prezidenti Prabovo Subianto Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı Rusiya və Çini hər zaman ədalət uğrunda mübarizə aparan ölkələr kimi xarakterizə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O, bu iki ölkənin koordinasiyaedici rolunu vurğulayıb.
“Müasir dünyada mövcud olan şəraitdə, düşünürəm ki, qlobal Cənubun bir çox nümayəndələri mənimlə razılaşar: Rusiya və Çin heç vaxt ikili standartlara əsaslanmayıb. Bu ölkələr daim zəiflərin tərəfində olublar, daim ədalət uğrunda mübarizə aparıblar – bütün dünya xalqları üçün ədalət. Bu sözləri ürəkdən deyirəm”, – deyə İndoneziya lideri bildirib.