İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş veribbackend

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi İndoneziya sahillərində Savu dənizində 5,7 bal gücündə zəlzələ qeydə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yeraltı təkanların episentri əhalisi təxminən 77,2 min nəfər olan Ende şəhərindən 85 km cənub-şərqdə yerləşib. Fəlakətin mənbəyi 50 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.