İndoneziya yerli seçkilərə müdaxilə iddiası ilə üç Fransa vətəndaşını deportasiya edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Jakarta Globe” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 8-də üç fransız Açe vilayətində immiqrasiya orqanları tərəfindən saxlanılıb. Onların “regent vəzifəsinə namizədin siyasi kampaniyasında” iştirak etdikləri iddia edilir.
Onların ilkin olaraq yerli istehsalçılardan paçuli yağı almaq üçün Açeyə gəldikləri dəqiqləşdirilir. Bundan əvvəl onlar bu məqsədlə artıq bir neçə dəfə əyalətə gəlmişdilər.
Nəşr iddia edir ki, fransızlar son səfər zamanı həm də regent vəzifəsinə namizəd olan siyasətçi Səid Sani ilə satış müqaviləsi bağlamaq niyyətində olublar.