İndoneziyada Fələstinə dəstək nümayişi keçirilibbackend

İndoneziyada Fələstinə dəstək nümayişi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əllərində pankart və Fələstin bayraqları ilə toplaşan minlərlə insan İsrailin hücumlarına qarşı Fələstinə dəstək mesajı verib.

NOCOMMENT xəbər verir ki, İsrailin bombardmanları nəticəsində Qəzzanın şimal hissəsi demək olar ki, məhv olub. Bölgədəki yaşayış evlərinin yarısı demək olar ki, yararsız hala düşüb. Bu səbəbdən yüz minlərlə fələstinli İsrail bombalarından xilas olmaq üçün köç edib.

Bu çərçivədə İndoneziyanın paytaxtı Cakartada Fələstinə dəstək nümayişi keçirilib.

Cakartanın simvolik meydanında təşkil edilən nümayişdə İsrailin Qəzza zolağına hücumlarına son qoyulması çağırışı edilib. On minlərlə insanın iştirak etdiyi nümayişdə etirazçılar ağ paltar geyinib, Fələstin bayraqları daşıyıblar.