İndoneziyada Marapi vulkanının püskürməsi səbəbindən Qərbi Sumatradakı hava limanı bağlanıb.
NOCOMMENT xəbər verir ki, İndoneziyada Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsindən sonra Qərbi Sumatradakı hava limanı müvəqqəti bağlanıb.
Yerli media orqanı Voidotid-in məlumatına görə, ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Marapi vulkanının bu ay ikinci dəfə püskürdüyünü bildirib.
Qərbi Sumatradakı Minanqkabau Beynəlxalq Hava Limanı dünən partlayış səbəbindən müvəqqəti olaraq bağlanıb.
Dekabrın əvvəlində Marapi vulkanının püskürməsi nəticəsində 23 nəfər həyatını itirib, 50 alpinist fəlakət bölgəsindən xilas edilib.
İndoneziyanın Sumatra adasında yerləşən Marapi dünyanın ən aktiv vulkanlarından biri kimi tanınır.