İndoneziyada vulkan püskürməsi baş veribbackend

İndoneziyada vulkan püskürməsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın ən aktiv vulkanlarından biri olan Merapidə partlayış baş verib.

NOCOMMENT xəbər verir ki, İndoneziyanın Yava adasının mərkəzi ilə Yoqyakarta arasında yerləşən 2963 metr yüksəklikdəki Merapi vulkanında yerli vaxtla saat 12:00 radələrində partlayış baş verib.

Vulkanın 7 kilometrə qədər kül və tüstü səpdiyi, 1,5 kilometr uzunluğunda lava axınının müşahidə edildiyi bildirilib. Vulkana yaxın ərazilərdə yaşayanlardan təhlükəli olaraq təyin olunan ərazidə bütün fəaliyyətləri dayandırmaları istənilib.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanında baş verən partlayışlar nəticəsində ən azı 200 nəfər həyatını itirib, yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.