İndoneziyanı Qərbi Sulavesi vilayətində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, 67 insan Mamucu, 11-i isə Madjene dairəsində həlak olub. Yaralıların sayı isə 844-ə çatır.
Xatırladaq ki, 2 gün öncə İndoneziyada 6,2 bal gücündə zəlzələ baş vermişdi.
Axar.az