İnfarktönü vəziyyət nədir? – Əlamətləribackend

İnfarktönü vəziyyət nədir? – Əlamətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.

“Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir.
İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.

Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:

– Sinədə sanki beton plitə varmış kimi ağırlıq

– Sinədə alov, yanma hissi

– Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss

– Ağrının boyun, çənə, qola, qarına yayılması

– Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi

– Ağri 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər