İnfeksionistdən xəbərdarlıq: Yeni virusun simptomları…backend

İnfeksionistdən xəbərdarlıq: Yeni virusun simptomları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış fəsli başlayandan insanlar ən çox yüksək temperatur, bədən ağrıları, boğaz ağrısından şikayətlənirlər. COVID-19 olduqlarından şübhələnən xəstələr test versələr də, cavabı neqativ çıxır. Yeni virus influenzadır.

NOCOMMENT.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında infeksionist Vüsalə Yaşar deyib.

O bildirib ki, influenza virus mənşəli infeksiyadır:

“Hazırda çox yayılıb. Boğaz ağrısı, əzələ-sümük ağrıları, baş ağrısı, burun axması, asqırma kimi əlamətlərlə müşahidə olunur. Uşaqlarda qulaq ağrısı,düşməyən hərarət qeydə alınır. Xəstəlik 5 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilələr, xroniki xəstəlikli insanlar üçün xüsusilə təhlükəlidir”.

İnfeksionist qeyd edib ki, davam edən hərarət, sinədə ağrı, yaşılımtıl-sarı bəlğəm ifrazı varsa təcili həkimə müraciət edilməlidir:

“Ev şəraitində əsla antibiotikə başlamaq olmaz. Müalicə zamanı bol maye içib, burunu tez-tez nəmləndirilməli, vitaminlər qəbul edilməli, evin temperaturu 24-25 dərəcə,nəmliyi normal saxlanılmalı,havası tez-tez dəyişdirməlidir. Yüksək hərarəti aşağı salmaq üçün paracetamol istifadə etmək olar. Həkim məsləhəti olmadan sistemlər, boş-boş immunitet artırıcılar istifadə etmək olmaz”.