İnfiniti-ni aşıran sürücü 100 gün sonra öldü…backend

İnfiniti-ni aşıran sürücü 100 gün sonra öldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə ay əvvəl Qaxda ağır yol qəzası törədən sürücü xəstəxanada vəfat edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il sentyabrın 17-də saat 23 radələrində 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu idarəetmə hüququ olmadan sərxoş halda sürdüyü “İnfiniti” markalı avtomobili aşırıb.

Həmin vaxt avtomobili Qax rayonu, Güllük kəndi ərazisindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyib. Avtomobilin aşması nəticəsində sərnişin Mustafayev Elsevər Niyazi oğlu yüngül xəsarət alıb, K.Kamalovun özü isə həmin vaxt xəstəxanaya yerləşdirilib. Lakin 100 gündən artıq davam edən müalicəyə baxmayaraq o, yanvarın 4-də xəstəxanada ölüb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.