İngilis həkim: Qəzza ağ-qara İkinci Dünya Müharibəsi filmini xatırladırbackend

İngilis həkim: Qəzza ağ-qara İkinci Dünya Müharibəsi filmini xatırladır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 6-da böyrək transplantasiyası əməliyyatı etmək üçün Qəzzaya getdikdən sonra orada qapalı qalan İngiltərə vətəndaşı həkim Abdel Hammad bölgədə qaldığı 1 aydan və gördüklərindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, Ailəsinin Təl-Əviv yaxınlığındakı Yaffa şəhərindən olduğunu və İraqda doğulduğunu bildirən Hammad son 35 ildir İngiltərənin Liverpul şəhərində yaşayır.

Son vaxtlara qədər Kral Liverpul Universiteti Xəstəxanasının orqan nəqli mərkəzinin rəhbəri olan Hammad 2013-cü ildən Qəzzada böyrək nəqli əməliyyatları həyata keçirir.

Qəzzada ilk böyrək nəqli əməliyyatını həyata keçirən həkim Hammad münaqişə başlayanda oktyabrın 7-də keçirməyi planlaşdırdığı böyrək transplantasiyası əməliyyatı üçün bir gün əvvəl Qəzzaya getdiyini bildirib.

“Həyatım üçün ən çox narahat olduğum dövr” adlandırdığı Qəzzanın mərkəzindəki BMT binasında təxminən 10 gün vaxt keçirən Həmmad, Qarşımızda Qəzza İslam Universitetinin binaları vardı. Binalara çox güclü zərbə vuruldu. Binamız titrəyirdi, pəncərələr sınırdı, qəlpələr uçurdu və hər yerdə dağıntı parçaları vardı. Bizim binaya ziyan dəymişdi xəsarət almamağımız möcüzə idi”

Qəzzanın qarşıdurmalardan sonra “tanınmaz hala düşdüyünü” ifadə edən Hammad bunları söylədi:

“10 ildir getdiyim, bir gecə əvvəl çıxıb restoranında yemək yediyim Qəzzanı çox yaxşı tanıyıram. O tamamilə tanınmaz halda idi. Küçələrə ziyan dəyib, asfaltda kraterlər açılıb. Bir-iki bina yox, bütöv bir məhəllə dağıdılıb.O an düşündüm ki, bu, İkinci Dünya Müharibəsi filmindəki ağ-qara səhnəyə bənzəyir. O vaxt dost olduğumuz insanlara “onlar burada coğrafiyanı dəyişirlər” dedim.

NOCOMMENT.AZ