Böyük Britaniyanın baş naziri Rişi Sunak “American Bully XL” cins itlərinin açıq şəkildə cəmiyyət üçün təhlükəli olduğunu bildirərək, bu cinsin qadağan edilməsi ilə bağlı təcili göstəriş verdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, 2 itin hücumuna məruz qalan adamın ölümündən sonra belə qərar verib.
“Hamımızın izlədiyi son videolar qarşısında millətimizin yaşadığı dəhşəti paylaşıram. Dünən faciəvi şəkildə ölümlə nəticələnən daha bir şübhəli Bully XL it hücumu gördük”, – deyə Sunak bildirib.