İngiltərə döyüş təyyarələri Polşadabackend

İngiltərə döyüş təyyarələri Polşada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Blaszczak verdiyi açıqlamada “Britaniyalı pilotlar Polşanın hava məkanında patrul edəcəklər” deyə qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, Blaszczak X sosial media hesabındakı paylaşımında sözügedən təyyarələrin İngiltərə ilə apardığı danışıqlar nəticəsində Polşaya gəldiyini qeyd edib. “Britaniyalı pilotlar Polşanın hava məkanında patrul edəcəklər. İngilis pilotlar F-16 pilotlarımızla birlikdə Polşa hava məkanına nəzarət edəcək. Biz birlikdə təhlükəsizliyi təmin edəcəyik.

Digər tərəfdən ABŞ və Polşa arasında 2 milyard dollarlıq birbaşa Xarici Hərbi Maliyyələşdirmə (FMF) kredit müqaviləsi imzalanıb. ABŞ Dövlət Departamenti vurğulayıb ki, sadiq müttəfiq olan Polşanın təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir.

Polşanın baş naziri Mateusz Morawiecki də orduya investisiyalar üçün sifarişlər verdiklərini bildirib.”Biz Ukraynaya heç bir silah göndərmirik, çünki indi biz özümüzü ən müasir silahlarla təchiz edəcəyik”.