İngiltərə və Türkiyə qeyri-qanuni mühacirlərin Avropaya keçidini yavaşlatmaq üçün müqavilə imzalayıb.
NOCOMMENT.az “Reuters”ə istinadla xəbər verir ki, saziş çərçivəsində Türkiyə və Britaniya polis qüvvələri insan alveri ilə məşğul olan qruplara və qayıq ticarətinə qarşı geniş birgə əməliyyatlar keçirəcək.
İngiltərədə gələn il keçirilməsi gözlənilən ümumi seçkilər əvvəli qeyri-qanuni mühacirlər gündəmdə olarkən, İngiltərə hökuməti razılaşma ilə iki ölkənin polis qüvvələri arasında əməkdaşlığın gücləndiriləcəyini söylədi .
İngiltərə hökumətindən verilən açıqlamada, yeni anlaşma memorandumu çərçivəsində gömrük məlumatlarının daha sürətli paylaşılacağı bildirilib.