Böyük Britaniya yüzlərlə hava hücumundan müdafiə raketini Ukraynaya təhvil verəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.
Nazir sosial şəbəkədə yazıb:
“Biz Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Ona görə də Böyük Britaniyanın hədiyyə etdiyi Rusiya pilotsuz təyyarələrini və raketlərini inanılmaz dəqiqliklə vura bilən hava hücumundan müdafiə sistemlərinin arsenalına əlavə etmək üçün bu gün yüzlərlə hava hücumundan müdafiə raketi göndəririk”.