İngiltərə və Uelsdə minlərlə təcili yardım işçisi tətil edirbackend

İngiltərə və Uelsdə minlərlə təcili yardım işçisi tətil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Uelsdə minlərlə təcili yardım işçisi maaş mübahisələrinə görə tətilə çıxıblar.

NOCOMMENT.az xəbər verir ki, Təcili yardım işçilərini təmsil edən “Unite” və “Unison” həmkarlar ittifaqlarının üzvləri bu gün İngiltərə və Uelsdə tətilə başlayıblar.

Həmçinin, 6 Fevralda təcili yardım işçiləri İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) tarixində ən böyük olacağı gözlənilən tətildə tibb bacılarını müşayiət edəcəklər.

Bundan başqa “GMB” adlı birlik İngiltərə və Uelsdəki 10 mindən çox üzvünün “Unite” ilə eyni vaxtda tətil edəcəyini açıqlayıb.

Keçən həftənin əvvəlində isə müəllimlər, maşinistlər və tibb bacıları da fevral və mart aylarında keçiriləcək yeni tətillər barədə xəbərdarlıq ediblər.