İngiltərədə aviaşirkət böhranı: Uçuşlar məhdudlaşdırıldıbackend

İngiltərədə aviaşirkət böhranı: Uçuşlar məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın hava hərəkətinə nəzarət sistemlərində “texniki problem” yaşanıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Hava Hərəkəti Xidməti xəbərdarlıq edib.

Aviaşirkətlər texniki nasazlıq səbəbindən uçuşların gecikmələri ilə bağlı xəbərdarlıq edib.

“Mühəndislər xətanı tapmaq və düzəltmək üçün çalışırlar. Bunun səbəb ola biləcəyi hər hansı narahatlığa görə üzr istəyirik”, – deyə açıqlamada bildirilib.

Problemlərin nədən qaynaqlandığı və ya onların aradan qaldırılmasının nə qədər vaxt aparacağı barədə əlavə məlumat verilməyib.

Bundan əvvəl Loganair aviaşirkəti uçuşların dayandırılmasına səbəb olan nasazlığın olduğunu açıqlamışdı.

“Hazırda texniki problemlə üzləşirik və təhlükəsizliyi qorumaq üçün nəqliyyat axınına məhdudiyyətlər tətbiq edirik” , – deyə bildirilib.