İngiltərədə məhbuslar vaxtından əvvəl azad ediləcək – SƏBƏBbackend

İngiltərədə məhbuslar vaxtından əvvəl azad ediləcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Uelsdə təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcəyi açıqlanıb.

 

NOCOMMENT.az bildirir ki, məqsəd həbsxanalardakı sıxlığı azaltmaqdır. Belə ki, 5 ildən az müddətə azadlıqdan məhrum edilən cinayətkarlar cəzalarının yarısını deyil, 40 faizini başa vurduqdan sonra azadlığa çıxacaqlar.

 

İngiltərə və Uels həbsxanalarının baş müfəttişi Çarli Taylor  isə “Sky News” kanalına verdiyi açıqlamada cinayətkarların bu cür vaxtından əvvəl azad edilməsinin riskli olacağı barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, ötən ay İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 boş yer qalıb. İngiltərə və Uelsdə məhbusların sayı keçən həftə 88 min 521-ə çataraq, ən yüksək həddə olub.