İngiltərədə milyonlarla insan xəstəxana növbəsi gözləyirbackend

İngiltərədə milyonlarla insan xəstəxana növbəsi gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə xəstəxanalarda müalicə gözləyənlərin sayı 7,68 milyona çatıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Səhiyyə Sisteminin (NHS) verdiyi açıqlamaya görə, iyun ayının sonunda 7,57 milyon insan adi xəstəxana müalicəsinə başlamağı gözlədiyi halda, iyul ayının sonunda bu rəqəm 7,68 milyona yüksəldi.

Gözləmə siyahıları bir ayda 100 mindən çox artdı. Belə ki, müalicə üçün gözləyənlərin sayı qeydlərin aparılmağa başlandığı “2007-ci ilin avqustundan bəri görülən ən yüksək rəqəm” olaraq qeydə alınıb.

Dünən edilən açıqlamada hökumət bu qış üçün NHS-ə 200 milyon funt sterlinq əlavə maliyyə veriləcəyini açıqladı.