İngiltərənin bu şəhərlərində orta ev kirayəsi ilk dəfə olaraq 1000 funt-sterlinqi keçdibackend

İngiltərənin bu şəhərlərində orta ev kirayəsi ilk dəfə olaraq 1000 funt-sterlinqi keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada, Londondan kənar şəhərlərdə orta kirayə qiymətləri aprel ayında ilk dəfə olaraq 1000 funt-sterlinqi keçib.

NOCOMMENT.az xəbər verir ki, İngiltərədə yerləşən daşınmaz əmlak şirkəti “Hamptons”un təhlilinə görə, aprel ayında ölkədə paytaxt xaricindəki şəhərlərdə kirayə qiymətləri epidemiyadan əvvəlki səviyyə ilə müqayisədə orta hesabla 26 faiz, illik bazda isə 7,8 faiz artıb.

Məlumata görə ölkə üzrə orta kirayə qiymətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə 25 faiz və illik 11,1 faiz artaraq 1,249 funt sterlinq təşkil edib.

Londonda isə orta kirayə qiymətləri aprel ayında keçən ilin eyni dövrünə görə yüzdə 17,2 artaraq 2 min 210 funt-sterlinqə çatıb. Londonun mərkəzində orta icarə qiyməti 3 min 138 funt-sterlinq olaraq hesablanıb.

NOCOMMENT.AZ