İngiltərənin silah ixracı rekord həddə çatdıbackend

İngiltərənin silah ixracı rekord həddə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin silah ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfə artaraq rekord həddə – 8,5 milyard funt-sterlinqə çatdı.

NOCOMMENT xəbər verir ki, silah ticarətinin kökünü kəsmək üçün çalışan Böyük Britaniyada yerləşən Silah Ticarətinə Qarşı Kampaniya təşkilatının təhlilinə əsasən, Britaniyanın silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb.

Silah satışı, açıqlanan satış məlumatları ilə ən geniş ixrac edilən növ olan vahid fərdi ixrac lisenziyaları əsasında hesablanmışdır.

Müvafiq olaraq, ölkənin silah ixracı keçən il 8,5 milyard funt-sterlinqə çatdı ki, bu da bu sahədə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri görülən ən yüksək səviyyədir. Ötən il silah ixracı 2021-ci ilə nisbətən iki dəfə artıb.

Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə 2,7 milyard funt-sterlinqlə Qətər olub. İlki 2022-ci ilin avqustunda təhvil verilən “Tayfun” tipli döyüş təyyarələrinin ixracı Qətərə silah ixracının 2,4 milyard funt-sterlinqini təşkil edib.

Qətəri 1,1 milyard funt-sterlinqlə Səudiyyə Ərəbistanı və 860 milyon funt-sterlinqlə ABŞ izlədi. İngiltərənin ötən il Türkiyəyə silah ixracı 424 milyon funt-sterlinq, Ukraynaya isə 401 milyon funt-sterlinq təşkil edib.