İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEObackend

İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlində açıq narıncı rəngdə təmizlik işçisi formasında olan bir neçə şəxs inkassator avtomobilini qarət edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, cinayətkarlar daşıyıcıların üzərinə silahla hücum edərək onları hədələyib və iki mühafizəçini yaralayıb.

Soyğunçular pulları öz maşınlarına yükləyərək hadisə yerində uzaqlaşıblar. Hadisə baş verən bölgədə yaşayan sakinlər qarəti videoya çəkiblər. İlkin məlumata görə, cinayətkar qrup 4 nəfərdən ibarət olub. Şahidlər bildirib ki, hadisə zamanı atışma olmayıb.

Aparılan pulun milyonlarla avro ilə ölçüldüyü bildirilir.